Xəbər lenti

Sabiq baş nazirə 10 il həbs cəzası verildi
Ölkə12:22 06.07.2018

Sabiq baş nazirə 10 il həbs cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanın sabiq baş naziri Nəvaz Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Şərifin qızı Məryəm Nəvaz Şərif 7, kürəkəni Səfdar Avan isə 1 il həbs cəzası alıb. Lakin həbsin icrası hələlik yerinə yetirilməyib. Şərif ailəsi hazırda Londondadır. Sabiq baş nazirin həyat yoldaşı Gülsüm Nəvaz burada xərçəng xəstəliyindən müalicə alır. 
Qeyd edək ki, Nəvaz Şərif korrupsiyada ittiham edilir və çıxarılan hökm Londonda yerləşən 4 dəbdəbəli evlə əlaqədardır. 2015-ci ildə üzə çıxan "Panama papers" sənədlərində bu ailə üzvləri ilə əlaqədar faktlar da yer almşdı.
Sabiq nazir məhkəmə qərarına etiraz edərək "siyasiləşdirilmiş" adlandırıb. 
Gülşən