
Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov iki ildir üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verib.
Bu barədə ölkə.az-a YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü Kərim Kərimov məlumat verib.
K.Kərimov deyib ki, ötən gün Əli Ömərov üzvü olduğu YAP Nəsimi rayon təşkilatına istefa ərizəsi ilə müraciət edib:
“Əli Ömərov öz istəyi ilə YAP-dan istefa verib. O, 2014-cü ilin noyabr ayında YAP-a müraciət edərək, partiyaya üzv olmuşdu. İndi də öz istəyi ilə çıxıb. Bu onun öz istəyidir və heç kəs buna müdaxilə edə bilməz”.
Əli Ömərov açıqlamasında YAP-dan istefa verdiyini təsdiqləyib.
Qaynarinfo.Az