"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti, sabiq deputat Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə keçmiş millət vəkili özü açıqlama verib.
"75 sayı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim. Siyasət mümkün olanı etmək sənətidir. Fəlaiyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir. Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır. Bu prosesdə dəstək olan hər kəsə təşəkkür edirəm!", deyə Əliməmməd Nuriyev bildirib.
Qeyd edək ki, Əliməmməd Nuriyev Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı olub.
Aydın
Şərhlər