Xəbər lenti

Sabiq deputat seçkiyə qatılır - Musa Qasımlı namizəd olmayacaq?
Siyasət 12:55 11.07.2024

Sabiq deputat seçkiyə qatılır - Musa Qasımlı namizəd olmayacaq?

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti,  Milli Məclisi II çağırış deputatı Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq. Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən verib. 

Ə.Nuriyev xəbəri Bakupost.az-a təsdiqləyib. Bildirib ki, sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi. Onun bu dəfə namizəd olub-olmayacağı bilinmir.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->