Xəbər lenti

İdman 14:59 14.12.2023

Sabiq futbolçu həyat yoldaşını ittiham etdi

Ötən il futbolçu karyerasına son qoyan Türkiyə millisinin sabiq futbolçusu Mövlud Erdinç həyat yoldaşına qarşı şantaşj ittihamları ilə gündəmə gəlib.

Qaynarinfo-nun məlumatına görə, "Fənərbağça" da daxil Türkiyədə müxtəlif komandalarda çıxış etdikdən sonra Avropada futbolçu karyerasına son qoyan Erdinç sosial şəbəkə vasitəsilə həyat yoldaşı ilə bağlı ciddi iddialar səsləndirib. Sosial şəbəkədə açıqlama verən keçmiş futbolçu həyat yoldaşının maddi qazanc əldə etmək üçün uşaqlarını ona göstərmədiyini iddia edib. Digər tərəfdən, ailəsindən ona uşaqların atasının başqa bir adam olduğu bildirilib. Beş aydır həyat yoldaşından xəbər almayan Erdinç açıqlamasında bu sözləri deyib:

"Həyat yoldaşım Taleb Erdinçdən beş aydır xəbər ala bilmirəm. Uşaqlarımı mənə göstərmir. İstəyirəm ki, indi hamı bu vəziyyətdən xəbər tutsun, çünki pul almaq üçün məni şantaj etmək qeyri-insani davranışdır. Həyat yoldaşımla elektron poçt vasitəsilə əlaqə saxladım və onun hesabına bir milyon avro yatıracağımı dedim. Bu sözlərdən sonra oğlum şənbə günü mənə video göndərdi. Çox sevdiyim, karyeramın əvvəlində mənimlə ailə quran və karyeramı bitirdiyim günün ertəsi boşanmağa qərar verən həyat yoldaşım... Pul heç vaxt çox dəyər verdiyim bir şey olmayıb. Övladlarım və onların anaları heç vaxt yoxsulluqla üzləşməyiblər, bundan sonra da üzləşməyəcəklər. Çünki onlar mənim dəyərlərimdir və öz öhdəliklərimi yerinə yetirməyə davam edəcəm. Mənim üçün pul önəmsizdir. Həyat yoldaşımın ailəsi zəng edib uşaqların məndən olmadığını dedi. Həmişə şəhərdən kənarda olduğum üçün DNT testi istədim. Amma qəbul etmədilər və uşaqlarımı göstərmirlər. Necə bu qədər pis insan ola bilərsən? Təəssüf ki, pul bütün ailələri məhv edir”.
 

 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->