Mali yığmasının sabiq futbolçusu Seydu Keyta DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ölkəsinin Tunislə pley-off qarşılaşması üçün azarkeşlərə 5000 bilet təklif edib.
Qaynarinfo xəbər verir ki, Afrika Futbol Konfederasiyası keçən il Malinin ev oyunlarını keçirdiyi "Stade du 26 Mars" stadionunun beynəlxalq matçlar üçün istifadəyə yararsız hesab etdiyi üçün komandanın həmin meydançada matç keçirməsinə qadağa qoymuşdu. Bu səbəbdən bütün ev oyunlarını Mərakeşdə keçirmişdi. Buna baxmayaraq komanda seçmə mərhələni qrupun ən yaxşısı kimi bitirmişdi.
Mali yığması təmirdən sonra doğma stadiona da məhz martın 25-də startı veriləcək pley-off mərhələsinin Tunislə matçında qayıdacaq. Dörd gün sonra isə bu yığmalar Tunisdə qarşılaşacaq.
Səbuhi Həsənov