Xəbər lenti

Sabiq nazir amnistiyaya düşür?
Ölkə10:28 21.05.2016

Sabiq nazir amnistiyaya düşür?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə mayın 25-də keçiriləcək.
Bu barədə Modern.az saytına məlumat verən vəkil Əfqan Məmmədov sabiq nazirin saxlanma şəraitindən hər hansı şikayəti olmadığını deyib: “İş baxılması üçün Ali Məhkəmənin hakimi Əli Seyfullayevin icraatına verib.”.
Ə.Məmmədov eyni zamanda onun amnistiyaya düşmə ehtimalından da danışıb: “Mənim qənaətimə görə, aktın bəzi maddələrinə görə Nicat Quliyev amnistiyaya düşmür. Onsuz da avqust ayının 7-də onun həbs müddəti bitir və azadlığa çıxacaq. Məqsədimiz onun bəraət almasıdır”.
N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, Nicat Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri olub.  O, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunsa da, azadlığa buraxılmışdı. 
Qaynarinfo.az