
Leonid Kuçmaya şəxsi təyyarəsiylə ölkədən çıxmağa icazə verilməyib
Ukraynanın sabiq prezidenti Leonid Kuçma ölkədən qaçarkən saxlanılıb. Qaynar.info-nun anspress-ə istinadən məlumatına görə, eks-prezident hava limanında tutulub. Ukrayna mətbuatı bu məlumatla bağlı hər hansı rəsmi açıqlama verməyib.
“Leonid Kuçma bu gün Ukraynanın tərk etmək istəyibmiş. O, şəxsi təyyarəsi ilə ölkədən çıxmaq istəsə də, buna icazə verilməyib”, - deyə məlumatda bildirilir.
Ukraynanın baş prokuroru Renat Kzumin bildirmişdi ki, jurnalist Georgi Qonqadzenin ölümü ilə bağlı yeni araşdırma aparılır. Bu kriminal olayda eks-prezidentin əlinin olduğu güman edilir.
Xatırladaq ki, Georgi Qonqadze 2000-ci ildə sentyabr ayında Kiyevdə yoxa çıxmışdı. Həmin ilin noyabr ayında Kiyevdə meşədə başı kəsilmiş meyidi tapılmışdı. Araşdırma nəticəsində meyidin məhz jurnatlist Georgi Qonqadzeyə məxsus olduğu məlum olmuşdu.
Qaynar.info