Xəbər lenti

Sabiq prezident şərti azadlığa buraxıldı
Dünya11:39 06.03.2019

Sabiq prezident şərti azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyanın sabiq prezidenti Lee Myung-bak pul qarşılığında şərti azadlığa çıxıb.
Qaynarinfo xəbər verir ki, Seul Ali Məhkəməsi sabiq ölkə rəhbərinin tələbini sağlamlıq vəziyyətini nəzərə alaraq qəbul edib. Lee 1 milyard Von (886 min dollar) qarşılığında həbs cəzasını evdə çəkəcək. Ona evi tərk etməmək, yalnız ailə üzvləri və vəkilləri ilə görüşmək şərti qoyulub.
Rüşvət və vəzifəsindən sui-istifadədə ittiham edilən Myung-bak ötən ilin oktyabrında 15 il həbs və 13 milyard Von pul cəzası alıb.
Qeyd edək ki, Lee Myung-bak 2008-2013-cü illərdə Cənubi Koreyaya rəhbərlik edib.
Gülşən