
Misir məhkəməsi respublikanın keçmiş başçısı Məhəmməd Mursiyə 20 il həbs cəzası kəsib.
Anspress-in məlumatına görə, Mursi 2012-ci ilin dekabr ayında prezident iqamətgahı qarşısında toplanan etirazçıları öldürən Müsəlman Qardaşları tərəfdarlarını qızışdırmaqda günahlandırılır.
Mursi hakimiyyətdən 2013-ci ildə baş vermiş hərbi çeviriliş yolu ilə salınıb.
Onun mənsub olduğu Müsəlman Qardaşlar təşkilatı qadağan edildi, minlərlə üzvü həbs olundu, yüzlərlə üzvü isə edama məhkum edildi.
Qaynar.info