Argentinanın sabiq prezidenti Karlos Menem azadlıqdan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, 1988-1999-cu illərdə ölkəyə rəhbərlik etmin Menemə 3 il 9 ay həbs cəzası verilib. O, 1991-ci ildə 131 milyon dollar dəyərə sahib dövlət əmlakını 30 milyon dollara satmaqla saxtakarlıq etmək və dövlətə ziyan vurmaqda günahkar bilinib.
Karlos Menemlə birlikdə iqtisadiyyat naziri Dominqo Kavalloya da hökm oxunub və 3,5 il həbs cəzası verilib. Menem və Kavalloya dövlət orqanında vəzifəyə sahib olmaq barədə ömürlük qadağa tətbiq edilib.
Gülşən