Xəbər lenti

Sabirabadda oğurluq edən şəxs tutulub
Ölkə05:09 07.10.2013

Sabirabadda oğurluq edən şəxs tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabad rayon sakini müxtəlif vaxtlarda vətəndaşların evindən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
 
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev bildirib.
 
Oğurluğa görə dörd dəfə məhkum olunmaqla ümumilikdə 19 il cəza çəkmiş 1976-cı il təvəllüdlü Abbasov Elxan Sədirxan oğlu 2012-2013-cü illərdə rayon sakinlərinin evindən qızıl-zinət əşyaları oğurlayıb.
 
Oktyabrın 1-də M. Xəlilov küçəsi, ev-19-da yaşayan Fərəcov Seymur Rafiq oğluna məxsus yaşayış evindən 2 ədəd diplom, 1 ədəd nikah və bir neçə doğum haqqında şəhadətnamə, maaş və pensiya kartları oğurlanıb. Həmin işə görə saxlanılan E. Abbasovun araşdırmalar zamanı digər oğurluq əməlləri üzə çıxıb. Məlumata görə, oktyabrın 5-də  rayonun Vidadi küçəsi ev 165-də yaşayan İsmayılov Elçin Eldar oğluna məxsus yaşayış evindən 7600 manat dəyərində qızıl-zinət əşyaları və 900 manat məbləğində pul oğurlanması  E. Abbasovun sonuncu oğurluq əməli olub.
 
Digər oğurluq əməlləri də məlum olan E. Abbasovun başqa hadisələrdə iştirak edib-etmədiyi araşdırılır.


Qaynar.info