Xəbər lenti

Sabunçu qaz sayğacına qanunsuz müdaxilə aşkarlandı (VİDEO)
Ekonomiks07:12 23.04.2023

Sabunçu qaz sayğacına qanunsuz müdaxilə aşkarlandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərində qaz sayğacına qanunsuz müdaxilə edilib.
Qaynarinfo bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Kənar müdaxiləyə məruz qalan hər 2 fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
"Azəriqaz" bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırır. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.
Daha ətraflı videoda: