
Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
Qaynarinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində 6 ha otlaq sahə yanıb.
Yaxınlıqda olan evlər və 5 ha biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynarinfo.az