Xəbər lenti

Şadlıq evlərindəki qidaların tərkibi - ŞOK
Ölkə15:07 18.07.2013

Şadlıq evlərindəki qidaların tərkibi - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ay ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı gigiyenik, sanitariya norma və qaydalarının tələblərini pozan 59 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

Qaynar.info Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 46 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

 
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1338, mikrobioloji göstəricilərinə görə 1123, toksikoloji göstəricilərinə görə 301, radioloji göstəricilərinə görə 11 yeyinti məhsullari nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 43-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
 
Şadlıq evlərindən 4233 yaxma nümunəsi, 174 soyuq qəlyanaltı nümunəsi götürülüb, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Soyuq qəlyanaltı nümunəsinin 4-də normalardan kənara çıxma müəyyən edilib.

İyun ayı ərzində əhali arasında 131 qida zəhərlənməsi hadisəsi baş verib, 151 nəfər isə zərər çəkib.

Qaynar.info