Xəbər lenti

Şagirdin zorlanması haqda prokurora müraciət edildi
Ölkə10:22 16.06.2016

Şagirdin zorlanması haqda prokurora müraciət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında bildirib. Ombudsman qeyd edib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “Hazırda araşdırmaların nəticəsini gözləyirik”.

Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.

Qaynarinfo.az