Xəbər lenti

Sahibə Qafarova Simonyanla Cenevrədə görüşəcək
Siyasət15:24 19.10.2025

Sahibə Qafarova Simonyanla Cenevrədə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçiriləcək.
Qaynarinfo Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Simonyan sosial şəbəkə hesabında məlumat yayıb.
Vurğulanıb ki, iki ölkə parlamentinin sədrləri arasında görüş oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutacaq.
Onların sonuncu görüşü 2025-ci ilin aprelində Sankt-Peterburqda olub.