Xəbər lenti

“Sahil“dəki yanğın söndürüldü - YENİLƏNİB/ FOTO
Ölkə08:30 12.03.2014

“Sahil“dəki yanğın söndürüldü - YENİLƏNİB/ FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Etibar Mirzəyev: “Ərazidə olan avtomobil sıxlığına görə yanğınsöndürən maşınlar hadisə yerinə daxil ola bilmədi”

Bakıda “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.

 Bu barədə APA-ya fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. Nazir müavini yanğın nəticəsində xəsarət alan olmadığını açıqlayıb.

 E. Mirzəyev deyib ki, yanğının gec söndürülməsinə FHN-in yanğınsöndürən maşınlarının avtomobil sıxlığına görə hadisə yerinə daxil ola bilməməsi səbəb olub.

Nazir müavini, yanğın baş verən binada qalanların olması barədə yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, alov söndürülsə də, hazırda tüstülənmə davam edir. Bunun qarşısını almaq üçün tədbirlər görülür.

 Hadisə yerində FHN-in qərargahı yaradılıb. Qərargahda yanğın barədə operativ məlumatlar verilir. Qərargahda eyni zamanda ehtiyacı olan insanlara su və ayran paylanır.

 “Sahil” Metro Stansiyasının girişi-çıxışı bağlıdır. Stansiyaya su dolduğu bildirilir.

________

11:13

Bakıda məşhur ticarət mərkəzi yanır.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerinə gəlib

Bakıda “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada yanğın davam edir.

 APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 2 və 3-cü mərtəbələri əhatə edir.

“Sahil” metrosunun girişi və çıxışı bağlanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Güclü alovun qarşısını almaq üçün tədbirlər görülür.

 Əraziyə təcili tibbi yardım maşınları da cəlb olunub. Xəsarət alanların olub-olmadığı məlum deyil.

Bina sakinləri, “Sahil” Ticarət Mərkəzində çalışan şəxslər evakuasiya olunub. Yaxınlıqdakı binaların sakinləri də evakuasiya olunub. 

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerinə gəlib.

_______

11:00


Trend xəbər verir ki, "Sahil" Ticarət Mərkəzində yanğın baş verib.

Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisənin baş verdiyi əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya "Sahil" Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.

***

Artıq Səbail və Yasamal rayonlarının yanğınsöndürmə briqadaları da hadisə yerinə gedib və binada olan bütün sakinlər evakuasiya olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən dahasonra Trend-ə bildiriblər ki, "Sahil" Ticarət Mərkəzində baş verənyanğınla bağlı 2-ci dərəcəli çağırış elan edilib.

Qeyd edək ki, ticarət mərkəzi Bakı metrosunun "Sahil" stansiyasının üstündəki çoxmərtəbəli binada yerləşir.

Bakı Metropolitenindən Trend-ə bildiriblər ki, stansiyada vətəndaşların gediş-gəlişi üçün hələki problem yaranmayıb.

Binada Argentinanın Azərbaycandakı səfirliyi də yerləşir.

Yanğın baş verən binanın 3-cü mərtəbəsində anbarlar da yerləşir.

Şahidlərin bildirdiyinə görə, hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşın və 2-dən çox təcili tibbi yardım maşını cəlb olunub.

11:00

Şahidlərin bildirdiyinə görə, hadisə yerinə 10-dan artıqyanğınsöndürən maşın və 2-dən çox təcili tibbi yardım maşını cəlbolunub.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, artıq yanğın lokallaşdırılıb.