Həbsdə olan “Nida”çı gənc Şahin Novruzlu atasının yas mərasimində iştirakına icazə verilməyib.
Vəkil Əsabəli Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İstintaq Təcrdixanasının rəisi Azər Seyidovla görüşüb: “Dedilər ki, hökm qanuni qüvvəyə minmədiyi üçün buraxılması mümkün deyil, praktikada da belə hal olmayıb. Həm də bildirildi ki, bunların etdikləri ağır cinayət sayılır. Yüngün cinayət olsa idi, baxıla bilərdi”.
Qeyd edək ki, bu gün Şahin Novruzlunun atası İbrahim Novruzlu ürək tutmasında vəfat edib.