Xəbər lenti

Şahmatçımız ən yaxşı nəticəni göstərdi
İdman08:22 07.04.2022

Şahmatçımız ən yaxşı nəticəni göstərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sloveniyada şəxsi Avropa çempionatında iştirak edən üç şahmatçımız fərdi normativləri yerinə yetirib.
Qaynarinfo xəbər verir ki, son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb. 
Digər təmsilçimiz Gövhər Beydullayeva xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib. 
Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Səbuhi Həsənov