Xəbər lenti

Şahmatçımızdan iki heç-heçə, bir qələbə
İdman06:03 22.04.2022

Şahmatçımızdan iki heç-heçə, bir qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi "Kapablanka Memorialı" keçirilir.
Qaynarinfo xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrossmeysterimiz Vasif Durarbəyli ilk turda kubalı Yasser Perez Quesada heç-heçə oynayıb.  Ardınca Daniel Carlos Cabreranı (Kuba) məğlub edən Durarbəyli 3-cü turda daha bir kubalı şahmatçı Omar Quintana ilə xalı yarı bölüb.  
Ümumilikdə turnirdə 6 ölkə - Kuba ilə yanaşı Azərbaycan, ABŞ, Argentina, Hindistan və Türkiyə şahmatçıları iştirak edir.
Səbuhi Həsənov