Ekonomiks 16:55 10.11.2022

Sakinlər Hacıbala Abutalıbovun icazəsi ilə tikilən "Prestij Palace"ın rəhbərini axtarır

Bakı şəhəri, Səbail rayonu A. Abbaszadə 17 ünvanda "MARS-A" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli "Prestij Palace" yaşayış binasın qarajı anbar və ya obyekt qismində istifadə olunması üçün payçılara aidiyyatı olmayan şəxsə (hansısa quruma) satılıb. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Hüseyn (şərti) adlı bina sakini məhkəməyə müraciətində iddia edib. O qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 2004-cü il tarixli sərəncamına və Dövlət Memarlıq-Tikinti Müfəttişliyinin 2005-ci il tarixli tikintiyə icazə vərəqəsinə əsasən, 0.1983 ha torpaq sahəsində çox mərtəbəli yaşayış binasının tikilməsinə icazə verilib. Eskiz layihənin şərtlərinə əsasən tikintiyə icazə verilməsinə baxmayaraq, qaraj hissəsi MTK rəhbərliyi tərəfindən bilərəkdən 17 ildir payçıların istifadəsinə verilmir. 

Layihə üzrə tikintinin 0,1983 ha torpaq sahəsinə bina, binadan bayırda sakinlər üçün bağ və digər istirahət ərazisinin tikintisi nəzərdə tutulsa da, MTK rəhbərliyi payçılarla razılaşmadan qeyd olunan lahiyə üzrə binaya aid torpaq sahəsinin çox hissəsini qanunsuz olaraq özbaşına zəbt edərək hasarlayıb, lahiyə üzrə orada yaşıllıq sahə üçün nəzərdə tutulmuş sahəni ləğv etdirib, binanın zirzəmisindən, yəni payçılara satılmış avtomobil dayanacağından bayıra giriş-çıxış yolunu kəsərək, hərəkətlərinə qanunsuz olaraq qadağa qoyulub. 

"Həmin binanın 33 saylı mənzilinin sahibi və sakini olmağıma baxmayaraq, 9 ildir mənə 15 min manata satılmış qarajdan istifadə edə bilmirəm. MTK-nın direktoru Vaqif Əmiyevə 196,1 kv.m olan 4 otaqlı mənzil üçün ümumilikdə 215.710 manat məbləğində pul ödəmişəm", deyə şikayətçi bildirib.

Qeyd edilib ki, hazırda MTK rəhbərliyi payçılarla razılaşmadan onlara təqdim olunmuş eskiz layihəsinə və tikinti normalarına zidd olaraq ərazidə (sıx bir yerdə) yeni bina tikintisinə hazırlaşır.

Bildirilib ki, MTK-nın qanuni təmsilçisi rəhbəri Abduləzimov Araz Əzim oğlu tamah məqsədi ilə binanın alt hissəsindəki qarajı anbar yeri kimi anbar və ya obyekt qismində istifadə olunması üçün binaya və payçılara aidiyyatı olmayan şəxsə (hansısa quruma) satıb, etdiyi qanunsuz əməllərə görə son iki ildə payçılardan gizləndiyi üçün onu tapa bilmirlər. 

Bu barədə müxtəlif təşkilatlara müraciət olunsa da, onlara satılmış dayanacaqlan bayıra çıxış yolu inşa edilmədiyindən payçılar qarajdan istifadə edə bilmirlər. Şikayətlərə isə məhəl qoyulmur. 

Məhkəmə MTK tərəfindən inşa edilmiş binanın "-1” mərtəbəsində yerləşən maşın qarajı və qaraja giriş-çıxış yolunun təmin edilərək iddiaçının istifadəsinə verilməsi qərarı verib. Həmçinin cavabdehdən qaraja dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestri Xildmətindən çıxarış sənədinin alınması üçün "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Prezidentinin Fərmanına müvafiq olaraq istismara qəbul aktının surəti tələb edilib.

Əhməd