Xəbər lenti

Sakinlər İlham Əliyevə müraciət etdilər - ŞİKAYƏT+FOTOLAR
Ölkə13:58 16.01.2014

Sakinlər İlham Əliyevə müraciət etdilər - ŞİKAYƏT+FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Olimp” MTK sakinlərinin növbəti 3-cü etiraz aksiyası keçiriləcək. 

Bu barədə Qaynar.info-ya şikayətçilər məlumat veriblər.

Şikayətçilər bildiriblər ki, binanın həyətində balaca bir sahə boş qalıb, burada da qeyri-qanuni tikinti başlamaq istəyirlər: "Ötən ilin dekabrın 23-də və 28-də Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani 3068 küçəsində, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin binasının sakinləri yaşadıqları ünvanda etiraz aksiyaları keçiriblər. Aksiyada kompleksin bütün sakinləri iştirak edib. Qeyd edək ki, kompleksdə 400-dən çox mənzil var. Bu binanın həyəti, qarajı, blok və hətta yolları da normal yaşayış şərtlərinə uyğun gəlmir. 

Artıq 5 ildən çoxdur ki, sakinlər öz mənzillərində bərbad həyat tərzi sürməyə məhkum olublar. “Olimp” MTK kompleksinin sakinləri yanvar ayının 18-də kompleksin həyətində saat 12-00-da növbəti etiraz aksiyanı keçirtmək niyyətindəyik. Bundan başqa, qeyd olunur ki, “Olimp” MTK tikdiyi yeni tikilən binalarda sakinlərin şikayətlərinə baxmayaraq, hələ də qaz verilməyib. Ancaq, bundan əlavə, kompleks sakinlərinin başqa bir neçə problemlərimiz də var.

İlk olaraq, kompleksin nə istirahətə, nə də gündəlik istifadəyə yararlı olmayan yöndəmsiz həyətindən və yolları böyük problemdir. Qeyd edək ki, kompleksdə yaşayan bir neçə Azərbaycan Rspublikasının xalq artisti var. Onlardan biri məşhur xalq artisti Qəndab Quliyevadır".

Sakinlər, sözügedən kompleks ərazisində yaşayan insanlar öz tələblərindən dönməyə fikirlərinin olmadıqlarını deyirlər. Belə ki, 2014-cü il yanvarın 18-də bina sakinləri MTK-ya qarşı etiraz aksiyası keçirib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu barədə müraciət ediblər.

Müraciətdə bildirilir: "Kompleksdə 420 ailəsi var və hər ailənin 1-2 uşağı var. Uşaqlar və yaşlılar üçün meydançaya yer ayrılsın. Sizdən xahiş edirik ki, həyətimizdə qeyri-qanuni yolla hələ zəbt ediməmiş qalan balaca hissəni uşaqlar üçün meydançaya qalmasında köməklik edəsiniz. Bundan ötrü biz tez-tez həyətimizdə MTK rəhbərliyinə qarşı yığıncaq keçiririk və bu barədə KİV-də tez-tez rastlaşmaq olur. Şəhərimizdə qeyri-qanuni tikililərə qarşı münasibətinizi bilirik və inanırıq ki, bu məsələ də Sizin köməyinizlə öz həlli yolunu tapacaq".

Qaynar.info