Xəbər lenti

Sallivan: "ABŞ Ukraynanı silahla təmin etməyə davam edəcək"
Dünya09:21 12.11.2022

Sallivan: "ABŞ Ukraynanı silahla təmin etməyə davam edəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Ukraynanı silahla təmin etməyə davam edəcək. 
Qaynarinfo "İnterfaks"a istinadla xəbər verir ki, bunu ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, ABŞ-ın mövqeyi "dəyişmir, altı ay əvvəl olduğu kimi qalır”. 
"Biz Ukraynanın döyüş meydanlarında mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik", - Sullivan vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, ABŞ administrasiyası Ukraynadakı münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həll oluna biləcəyinə inanır. Bununla belə, onun sözlərinə görə, Vaşinqton Kiyevə təzyiq göstərməyəcək və "ona nə edəcəyini diktə etməyəcək”, bir şərtlə ki, "nə vaxt və necə danışıqlar aparmaq istədiyinə” yalnız Ukrayna tərəfi qərar verə bilər.
Alpər