Xəbər lenti

Salyan polisi axtarışa verdi, Fransada saxlanıldı
Ölkə12:26 19.06.2023

Salyan polisi axtarışa verdi, Fransada saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Fransada həbs edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Salyan RPŞ tərəfindən barəsində dövlətlərarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Şaiq Əliyev Fransa polisi tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Bildirilir ki, Ş.Əliyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 310 və 320-ci (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə iş başlanılıb. Onun saxta sənədlər əsasında Fransaya getdiyi və orada yaşadığı bildirilir.