Xəbər lenti

Salyan qaranlığa qərq olub: sakinlər üsyan edir
12:00 28.02.2015

Salyan qaranlığa qərq olub: sakinlər üsyan edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənub zonasında yağan güclü qarın fəsadları hələ də aradan qaldırılmayıb. Salyan rayonunda bəzi kəndlər hələ də işıqsız qalıb.
Rayonun Sarvan kəndinin sakinləri Qaynar.info-ya bildirib ki, ötən həftənin şənbə günündən kəsilən enerjinin verilişi hələ də bərpa olunmayıb. Sarvan və ətraf kəndlərdə bütün elektrik naqilləri qırılıb. Ardan bir həftə vaхt keçməsinə rəğmən elektrik enerjisinin bərpası üçün heç bir iş görülmür. Sankinlər kimə şikayət edəcəklərini də bilmirlər. 
Salyandakı problemlər bununla bitmir. Belə ki, əksər kəndlərdə qarın ağırlığına tam gətirməyən evlərin damı, həyətlərdə quraşdırılmış örtüklər uçub, bir çoх sakinə böyük məbləğdə ziyan dəyib. Yerli idarəetmə orqanları ziyanın bir hissəsini qeydiyyata alsa da, bu günə qədər heç bir hökumət rəsmisi hadisə yerlərinə baş çəkməyib, problemlərlə maraqlanmayıb. Əksər kəndlərdə məktəblərin damı uçsa da, bu günə qədər bərpa olunmayab.
Yollarına asfalt örtüyü çəkiliməyən kəndlərdə vəziyyət daha ağırdır. Yollarda böyük gölməçələr yaranıb, maşınların və piyadaların hərəkəti demək olar ki, mümkün deyil. Yerli bələdiyyələr isə problemi aradan qaldırmaq üçün heç bir iş görmür.
Qeyd edək ki, qar başlayan gündən Salyanın demək olar ki, bütün kəndələri, həmçinin şəhər mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb. Bəzi kəndlərdə son iki gündə işıqlar yandırılsa da, bir çoхu hələ də qaranlığa qərq olub.
Qayrar.info

Oxşar xəbərlər