Bu gün Salyan rayonunda intihara cəhd hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 24 yaşlı Dayıkənd kənd sakini Abdulova Ellada Şahkərəm qızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək intihara cəhd edib.
Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qıza tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Qaynarinfo.az