Xəbər lenti

Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü
Ölkə19:40 13.08.2018

Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Salyan rayonunun Yenikənd kənd sakini olan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən dünyasını dəyişib.
Qaynarinfo Virtualaz.org-a istinadən xəbər verir ki, 1982-ci ildə anadan olmuş 3 azyaşlı uşaq anası Gülnarə Əli qızı Məmmədova 3 gün əvvəl yediyi pomidordan zəhərlənibmiş.
Lakin ailə həkimə müraciət etməyərək qadının müalicəsini evdə apardığından səhhəti bu gün qəfildən pisləşib və dünyasını dəyişib.
Gülnarə Məmmədovanın ölümünün əsl səbəbi məhkəmə tibbi-ekspertizanın rəsmi rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.