Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.01.2026-cı il tarixində saat 21:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya oıunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
Şərhlər