Xəbər lenti

Salyanda dəhşətli qəza: Məşhur şirkətin 4 qadın işçisi öldü (FOTO)
Ölkə19:46 19.09.2017

Salyanda dəhşətli qəza: Məşhur şirkətin 4 qadın işçisi öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Virtualaz.org  xəbər verir ki, qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir.

 Onlar Ələt-Astara avtomobil yolunu çəkən EVRASCON şirkətinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirlərmiş.

Onların mindiyi maşını sürən 27 yaşlı Saatlı rayon sakini Hüseynov Babək Xanəhməd oğlu isə EVRASCON şirkətində fəhlə kimi çalışırmış. O hazırda ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

 ***

 Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda  "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. APA-nın xəbərinə görə, Salyan xəstəxanasına yerləşdirilən yaralılar "Mercedes”in sərnişini  Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və "VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur. 

Qaynarinfo.Az