Xəbər lenti

Salyanda faciə: İki nəfər öldü
Ölkə09:11 03.12.2023

Salyanda faciə: İki nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.
APA-nın məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.
Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.