Xəbər lenti

Növbəti yeraltı təkanlar qeydə alındı (YENİLƏNİB)
Ölkə15:04 20.11.2021

Növbəti yeraltı təkanlar qeydə alındı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.
Qaynarinfo Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.
Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.

18:10 
Azərbaycanda zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib.
Maqnitudası 5,1, dərinliyi 42 kilometr olub.
Məlumata görə, yeraltı təkanlar Bakı, Sumqayıtla yanaşı bir sıra bölgələrdə də hiss olunub.