Xəbər lenti

Şamaxının ucqar kəndində bayram şənliyi keçirildi (VİDEO/FOTOLAR)
Ölkə13:04 29.12.2021

Şamaxının ucqar kəndində bayram şənliyi keçirildi (VİDEO/FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 27 dekabr tarixində Milli Məclisin Şamaxı rayonu üzrə deputatı Tamam Cəfərova və "Davam" Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə Şamaxının Nüydü kəndində yerləşən orta məktəbdə şənlik keçirilib. 
Şənlikdə deputat Tamam Cəfərova və "Davam"ın baş katibi Nigar Aslanova da iştirak edib. 
Şənlik zamanı 70-dən çox şagirdə Yeni ilin rəmzi olan Şaxta baba tərəfindən hədiyyələr verilib, onların səsləndirdiyi şeirlər dinlənilib, maraqlı söhbətlər edilib. O cümlədən məktəbin şəraiti ilə tanış olunub, onların istəkləri qeydə alınıb.
<iframe width="626" height="352" src="https://www.youtube.com/embed/SjvCPXIjh4g" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">