Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə millimzin kim olacağı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, komandamız tanınmış mütəxəssis Samir Əliyevə tapşırılacaq. Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Qurum rəsmisi oyunlara hazırlığın martda start götürəcəyini bildirib. "Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il təvəllüdlü və 3 sərbəst yaşa malik futbolçular iştirak etməlidir. Vaxt baxımından çətinlik olacaq. Çünki avqustda 10 komandalı Premyer Liqaya başlayacağıq, həmçinin avrokubok oyunları olacaq. Sentyabrda isə milli komandanın seçmə matçları keçiriləcək".