
Şou-biznesdə uzun zamandır fəaliyyət göstərsə də, son zamanlarda yayımladığı videoları ilə məşhurlaşan stilist Samiraldo doğum günüdür.
Qaynarinfo.az xəbər verir ki, stilist ona qarşı daima təzyiq göstərildiyini desə də, daima gülməyi bacardığını açıqlayıb. Lakin Samiraldo doğum gününü qeyd etmək niyyətində deyil. Stilist özü bu haqda danışdı:
“Bu günə qədər, bu yaşıma qədər xeyli əziyyətlər çəkdim. Amma həyata qarşı güclü olmağı bacardım. Düşünürəm ki, bundan sonra da belə olacaq. Bu gün doğum günümü qeyd etmək istəmirəm. Tək qalacam. Çünki belə bir inanc var ki, 40 yaşı qeyd etmək insana düşmür. Mən də buna inanıram və qeyd etməyəcəm”
Qaynarinfo.az