Samuel Etoo futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Kamerunlu hücumçu Türkiyə superliqa təmsilçisi "Antalyaspor"la razılığa gəlib.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı hücumçunun müqavilə imzalamaq üçün bu gün Türkiyəyə gedəcəyi bildirilib.
Qeyd edək ki, Samuel Etoo ötən mövsüm "Everton"da oynayıb.
Qaynar.info