Xəbər lenti

Samur-Abşeron kanalından qadın meyidi tapılıb
Ölkə18:57 19.11.2013

Samur-Abşeron kanalından qadın meyidi tapılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Samur-Abşeron su kanalının Xaçmaz rayonu ərazisindən keçən hissəsində qadın meyidi aşkarlanıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyitin 1964-cü il təvəllüdlü Xaçmaz şəhəri Nizami küçəsi 5 ünvanında qeydiyyatda olan Əsədova Nazəndə Əlihüseyn qızına məxsus olduğu müəyyənləşib. Onun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı Xaçmaz rayon Prokurorluğundan araşdırmalar davam etdirilir.

Qaynar.info