Xəbər lenti

Samuxda dəhşətli cinayət: Qardaş bacısının boğazını kəsdi
Ölkə17:08 08.06.2016

Samuxda dəhşətli cinayət: Qardaş bacısının boğazını kəsdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samuxda qətl hadisəsi baş verib. Qaynarinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Samuxun Hacallı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb. Qadın hadisə yerində ölüb. C. Həsənov isə polis tərəfindən saxlanılıb.

Məlumata görə, G. Həsənovanın bir övladı olub və o, həyat yoldaşından boşanıb. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Qaynarinfo.az