Xəbər lenti

Sarkisyan Şuşaya arvad qoltuğunda gəldi - FOTOLAR
Ölkə12:22 02.09.2013

Sarkisyan Şuşaya arvad qoltuğunda gəldi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarabağı işğal edən separatçı rejim qondarma “Dağlıq Qarabağ Respublikası”nın 22 illiyini qeyd edir. 

Erməni KİV-i xəbər verir ki, separatçı rejim işğal altındakı Şuşa şəhərində tədbir keçirib. 

Çar Rusiyası dövründə tikilən keçmiş realnı məktəbinin xarabalıqları üzərində “Arçvaberd” (“Qartal Yuvası”) operası tamaşaya qoyulub. Operanın müəllifi sovet dövründə bir müddət Bakıda yaşamış bəstəçi Andrey Babayevdir. Bir çox mənbələrdə “Babayan” soyadı ilə tanınan bu şəxs əslən keçmiş Ağdərə rayonundandır.

Rəsmi İrəvanın bütün "nüfuzlu şəxsləri" tədbirə qatılıb. Opera tamaşasında Ermənistanın prezidentinin həyat yoldaşı Rita Sərkisyan, habelə Ermənistan hökumətinin nazirləri və digər rəsmi şəxslər iştirak edib. Tamaşanı Ermənistan Dövlət Filormonik orkesteri müşayiət edib./modern.az/

Qaynar.info