Xəbər lenti

Sarkisyanın ölkədən qaçmasına dair məlumatlar yayılıb
Dünya13:27 20.07.2016

Sarkisyanın ölkədən qaçmasına dair məlumatlar yayılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan müxalifəti prezident Serj Sarkisyanın ölkədən qaçmasına dair ilginc məlumatlar yayıb.

Sarkisyanın İrəvanda polis idarəsinin silahlılar tərəfindən ələ keçirilməsindən sonra ölkədə qiyam olacağından ehtiyat edərək bir müddətlik xaricə getdiyi iddia olunur.

Ölkədə silahlı qiyamın davam etdiyi günlərdə Sarkisyan bir dəfə də olsun hadisə ilə bağlı bəyanat verməyib.

Ermənistan prezidentinin müşaviri Alik Sarkisyan ölkə rəhbərinin iş başında olduğunu söyləsə də "sonuncu dəfə prezidenti nə vaxtı görmüsünüz?" sualına heç bir cavab verməyib.

Qaynarinfo.Az