Xəbər lenti

Sarkisyanın Medvedevlə görüşü baş tutmayıb
Siyasət13:46 14.03.2017

Sarkisyanın Medvedevlə görüşü baş tutmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşə bilməyib.

Qaynar.Az APA-ya istinadən verdiyi xəbərə görə, səbəb D. Medvedevin qripə yoluxmasıdır.

“Ölkəmizdə epidemioloji vəziyyət sanki enməyə doğru gedir, amma hələ də ciddidir. Dmitri Anatoliyeviçi qoruya bilmədik”, - deyə Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin üzvləri ilə keçirdiyi görüş zamanı deyib.

Qeyd edək ki, Rusiyanın beş regionunda qriplə bağlı epidemioloji vəziyyət kəskin olaraq qalır. Bunlar Vladimirsk, Kemerovo, İvanovsk, Novosibirsk vilayətləri və Yakutiyadır.

Qaynar.Az