
Fransanın "Le Canard Enchaine" jurnalı keçmiş prezident Nikola Sarkozinin xələfi Fransua Ollandla bağlı açıqlamalarını dərc edib.
Qaynar.info xəbər verir ki, Sarkozi Ollandın indi vəziyyətini rəzil və gülünc adlandırıb.
"Özünü bir bəlanın içərisinə sürükləyib. Biz Karla ilə münasibətlərimizi rəsmiləşdirməyə qərar verdik, çünki səhər və ya gecə yarısı alçaqcasına fotolarımın çəkilməsini istəmədim. Hər kəsin şəxsi həyat tərzi var, amma prezidentsinizsə gülünc görünməmək üçün diqqətli olmalısız. Olland sevgilisinin evindən motosikletlə başında dəbilqə ilə çıxarkən çəkilən fotoda çox gülünc görünür. O, gülünc bir prezidentdir".
Qaynar.info