Xəbər lenti

Savaşda uduzub, seçkini udan Paşinyan: küləklər hara əsəcək?
Hüseynbala Səlimov
Siyasət06:21 25.06.2021

Savaşda uduzub, seçkini udan Paşinyan: küləklər hara əsəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov 
Etiraf edək ki, Ermənistandakı son seçkiyə reaksiyamızı qəsdən yubatdıq: seçkinin nəticələrinin dəqiqləşməsi, N.Paşinyanın və onun opponentlərinin, müşahidəçilər korpusunun və ictimai fəalların seçki ilə bağlı bəyanatlarının səslənməsi üçün müəyyən vaxt lazım idi.
Demək olmaz ki, İrəvan bütün bu mərhələləri arxada qoyub. Yox, qarşıdakı günlər gərginlik vəd edir. Demək olar ki, bütün seçki blokları seçkinin nəticələrini tanımağa tələsmirlər. Amma Ermənistanın siyasi üfiqlərində ikinci inqilab da görünmür.
Bəli, Paşinyan güclü elektoral dayaq qazandı. Amma o bu günlərdə baş tutan seçkinin üç nətisəsini unutmamalıdır.
Birincisi, orta statistik erməni seçicisi göstərdi ki, o, Azərbaycanla hərbi qarşıdurmanın artmasında maraqlı deyil, revanşistləri dəstəkləmir və Dağlıq Qarabağda müharibənin davam etməsini istəmir. 
İkincisi, kriminal Qarabağ siyasi klanının siyasi fokuslarına son verildi – xuntanın qalıqları müxalifətə getmək məcburiyyətində qaldı.
Üçüncüsü, Rusiya seçkinin nəticələrinə təmkinlə yanaşdı və Paşinyanla işləməyə hazır olduğunu bildirdi.
Amma analitiklər Paşinyan və bütövlükdə Ermənistan üçün ayrı perspektivlər vəd edir. Onların bəzisi hətta Qərbin Ermənistanda qalib gəlməsindən danışır. Amma biz nəticələrlə tələsməzdik. Bəli, Paşinyan artıq öz ölkəsində daha sərbəst hərəkət etmək üçün yetərli siyasi mandat alıb. O, artıq rusiyalı təhlilçilərin onun üçün vəd etdikləri qərbyönümlü siyasi addımları atmaq, qərbyönümlü siyasi qərarlar vermək üçün real imkanlar qazanıb. Amma bu halda Paşinyan Dağlıq Qarabağı unutmalı olacaq. O, buna hazırdırmı? Ürəyinin dərinliklərində Paşinyan bilir ki, Qarabağ artıq Ermənistanın nəzarətindən çıxıb, özü də birdəfəlik. Amma bundan az dərcədə vacib olmayan məsələlər də var. 
Birincisi, Zəngəzur dəhlizi haqda nəsə demək lazımdır. 
İkincisi, iki ölkənin sərhədlərində demilitasiya tədbirləri öz həllini gözləyir. 
Üçüncüsü, hətta sadə ermənilər də regionun deblokadası haqqında xəbərlərə biganə deyil, çünki yalnız bu yolla Ermənistan sosial-iqtisadi börandan çıxa bilər.
Burada bir məqam da var. Qarabağ siyasi klanının elementləri də dirilməyə fürsət tapdılar və bunu unutmaq olmaz. Təxminən 27 faiz səs - əlbəttə, çox deyil, amma nəzərə almayacaq qədər də az deyildir. Onlar da parlamentə qayıtdılar, bundan sonra müsahibələr verəcək, etiraz aksiyaları təşkil edəcək və imkan daxilində Dağlıq Qarabağa səfərlər edəcəklər. Bu, Kremlin Paşinyanın başı üzərində daimi yumruğu olacaq. 
Üstəgəl, bəzi xəbərlərə görə İrəvanda seçkiləri Qarabağ klanı udub. Əlbəttə, bütün bu xəbərlər hələ dəqiqləşməlidir və dəqiqləşəcək. Amma onları diqqətdən kənarda saxlamaq olmaz...
Əsas odur ki, Ermənistanda artıq Qarabağ haqda həqiqətləri demək olur. Seçki ərəfəsində eks-prezident Levon Ter-Petrosyan faktiki olaraq ötən əsrin doxsanıncı illərinin sonlarında dediklərini bir daha təkrar etdi və xüsusilə də bir məsələni vurğuladı ki, hamı Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir.
Onu dinləyərkən qeyri-ixtiyari beynimizdən bir sual keçdi: əgər Ter-Petrosyan bu sözləri deyirsə və o səmimidirsə, onda nəyə görə Paşinyana açıq və birmənalı dəstək vermir? Doğrudanmı siyasi konyunktura daha üstündür? Çox təəssüf, belədir ki, var: siyasətdə məğlubiyyəti heç kim bölüşmək istəmr...
Bir sözlə, Ermənistanda daha bir mürəkkəb mərhələ arxada qaldı. Onun nəricələrini biz artıq yayın ikinci yarısında biləcəyik. Bəli, bu yay siyasi cəhətdən qızmar olmağı vəd edir. Amma ümid edirik ki, ən qızmar günlər artıq arxada qalıb. Bütün hallarda, N.Paşinyanın seçkidə qələbəsi bizim də maraqlarımıza cavab verir. Ən azı ona görə ki, Nikol əzəldən Kremlin adamı deyildi, xüsusən də bu seçkilərdən sonra Kremllə onun arasındakı "çat” bir az da genişlənəcək və bundan lazımı məqamlarda biz də faydalana bilərik...