Xəbər lenti

Saxlanılan iş adamlarından 14-ü buraxıldı - Rəsmi
Ölkə09:19 14.05.2015

Saxlanılan iş adamlarından 14-ü buraxıldı - Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmış iş adamlarından 14 nəfər azadlığa buraxılıb. 

Qaynar.info xəbər verir ki, bu haqda lent.az məlumat yayıb. Xəbərdə bildirilir ki, onların azad edilməsinə səbəb həmin şəxslərin külli miqdarda kredit borclarını tamamilə ödəməsi olub.

 Qeyd edək ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək, geri qaytarmayıblar. Yaranmış kredit borcları faizləri ilə birlikdə bir neçə milyard dollara yaxın vəsaitə çatıb. 

Qaynar.info