Xəbər lenti

Saxlanılan jurnalist xəbərdarlıq edilərək buraxılıb
Ölkə08:36 03.06.2015

Saxlanılan jurnalist xəbərdarlıq edilərək buraxılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elçin İsmayıllı bəlli olmayan səbəblərdən İsmayıllı Rayon Polis Şöbəsinə aparılıb.

İsmayıılı Məhkəməsinin qərarı ilə Elçin İsmayıllıya xəbərdarlıq edilib və o sərbəst buraxılıb.

***

Jurnalist Elçin İsmayıllı saxlanılıb. Bu barədə redaksiyamıza jurnalistin yaxınları məlumat verib. Onların sözlərinə görə, Elçin İsmayıllı evlərinin yaxınlığındakı çayxanada imiş. Polislər onu elə oradan İsmayıllı Rayon Polis Şöbəsinə aparıblar. Jurnalistin saxlanmasının səbəbi bəlli deyil. "Bizə deyirlər ki, sabah bilərsiz. Sabah saat 9-da polis şöbəsinə gedəcəyik", - deyə Elçin İsmayıllının yaxınları bildirib.

Qeyd edək ki, Elçin İsmayıllı İsmayıllı rayonunda yaşayır. O, həmin rayonda məmur özbaşınalığı, qanunsuzluqlar barədə mediada kəskin yazıları ilə tanınır.

Qaynar.info