Xəbər lenti

SCMP: Çin Mars uçuşları üçün gizli texnologiyanı sınaqdan keçirir
Dünya14:25 04.06.2021

SCMP: Çin Mars uçuşları üçün gizli texnologiyanı sınaqdan keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çində kosmik aparatlar üçün ion mühərrikləri çox diqqət çəkmədən sınaqdan keçirilir. 
Qaynarinfo xəbər verir ki, bu haqda "South China Morning Post” yazıb.
Məqalədə təcrübəli 50 kW-lıq HET-3000 mühərrikinin 11 aydan çox müddətə nominal gücdə işlədiyi, Marsa insanlı uçuşlar və kosmik gəmilərin dərin kosmosa çıxarılması üçün təməl qoyacağını vəd etdiyi göstərilir.
Çin tərəfindən inşa edilən Tyanqun orbital stansiyası dörd Hall effektli ion mühərrikdən istifadə edilərək orbitdə tutulacaq - bunlar 80 mN itələmə gücü olan LHT-100 mühərrikləridir.
Beləliklə, bu stansiya bu cür mühərriklərdən istifadə edən ilk insan kosmik obyektinə çevriləcək.
KİV kimyəvi raket mühərriklərinin ləğv edilməsinin yanacağa olan tələbatı əhəmiyyətli dərəcədə azaldacağını və Marsa uçuşları daha sürətli edəcəyini iddia edir. Üstəlik, uçuş o qədər də məsrəfli olmayacaq. Yanacaq əvəzinə əlavə avadanlıq götürmək və ya kiçik bir kosmik gəmini uçuşa göndərmək mümkün olacaq.
Nəşr Tyanqun stansiyasının bir illik istismarı üçün 400 kq-dan az yanacaq tələb ediləcəyini qeyd edib, halbuki Beynəlxalq Kosmik Stansiyanın bir il orbitdə saxlaması üçün təxminən 4 ton yanacaq tələb edilir.
Şanxayda qapalı bir institut Çində perspektivli ion mühərriklərinin inkişafı ilə məşğul olur. Alimlər güclü ion küləyinin təsiri altında dağılmayacaq elektrik stansiyaları yaratmalıdırlar. Bunun üçün mütəxəssislər xüsusi keramika örtükləri və maqnit güc qalxanlarının yaradılması üzərində işləyirlər.
HET-3000 mühərrikinin 8.240 saatlıq bir sınaq müddəti göstərib ki, yeni mühərriklər uzun məsafəli uçuşlar üçün lazım olan enerji sisteminin ən azı 15 illik işini təmin edə bilirlər.
Alpər