Xəbər lenti

Səbailin deputatı gecə klubundakı partlayışdan danışdı
Ölkə08:49 03.04.2022

Səbailin deputatı gecə klubundakı partlayışdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gecə Səbaildə baş verən partlayış xəbəri çox üzücüdür. Xəsarət alanlara Allah şəfa versin! Dünyasını dəyişən xanımın ailəsinə səbr diləyirəm!" 
Qaynarinfo xəbər verir ki, bu sözləri qəza partlayış baş vermiş gecə klubunun yerləşdiyi Səbail rayonunun deputatı (29 saylı Səbail Seçki Dairəsi) Nigar Arpadarai deyib. Deputat hadisənin araşdırılaraq ictimaiyyətə məlumat verilməsini istəyib:
"İlkin araşdırmaya görə, partlayışın səbəbi kimi propan qaz balonunun partlaması göstərilib. Məsələ araşdırılmalı, nəticələr ictimaiyyətə təqdim olunmalıdır. Bütün müəssisələrdə, fərdi evlərdə təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət artırılmalıdır. Çox üzücü hadisədir".
ARAYIŞ: 23 fevral, 2022 - "Lication Baku" gecə klubunun səhifəsi "Tezliklə! Şəhərə səs salmağa gəlirik" anonsu ilə sosial şəbəkələrdə fəaliyyət göstərməyə başlayıb. Mart ayının ortalarından klub işləməyə başlayıb.
Aprelin 2-dən 3-nə keçən gecə, saat 3 radələrində klubda partlayış olub. İlkin məlumatlarda qaz sızması səbəbi göstərilir. Daha sonra klubun "Instagram" səhifəsində postlar tamamilə silinib.
Partlayış nəticəsində 37 nəfər yaralanıb, 1 nəfər ölüb (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.