
Kosovoda yerli seçkilərin keçirildiyi vaxt maskalı qruplar iki məntəqəyə girərək seçki qutularını yandırıblar.
Qaynar.info xəbər verir ki, seçkinin bitməsinə iki saat qalmış maskalı qruplar Mitrovitsanın şimalındakı Sveti Sava məktəbi və Texniki Peşə Liseyində yerləşən məntəqəyə girərək seçki qutularını yandırıblar.
Hadisə yerinə dərhal polis və BMT sülhməramlıları göndərilib.
İki məntəqədə seçki qutusunun yandırılmasından sonra daha bir neçə məntəqədə seçkilər təxirə salınıb.
Qaynar.info