Xəbər lenti

Seçkiyə iki həftə qalmış Tramp cinsi qısnamada ittiham olundu:
Dünya 15:07 24.10.2024

Seçkiyə iki həftə qalmış Tramp cinsi qısnamada ittiham olundu: "Trump Tower"ə getdik..."

ABŞ seçkilərinə iki həftə qalmış Donald Tramp yenidən cinsi qısnamada ittiham olunub.

Qaynarinfo xəbər verir ki, keçmiş model Steysi Uilyams 1993-cü ildə Trampı ona əl atmaqda ittiham edib. Uilyamsın dediyinə görə, o, respublikaçının yenidən prezident seçilməməsi üçün hadisənin təfərrüatlarını açıqlamaq qərarına gəlib.

Bu cür ittihamlar ilk dəfə deyil. Əvvəllər məhkəmə 1990-cı illərin ortalarında sübut olunmuş təqib epizodu tapmışdı: Həmin vaxt yazıçı Jean Karroll Nyu-York mağazalarından birində Trampın qurbanı olub.
 


Uilyamsı Trampla dostu, iş adamı Cefri Epşteyn tanış edib. Bir gün onlar "Trump Tower"ə gediblər. Model sonra baş verənləri təsvir edir: "Tramp məni özünə tərəf çəkdi və əlləri sinəmə, belimə və ombalarıma keçdi". 

Uilyams hadisənin Tramp və Epşteyn arasında "xəstə oyun" olduğuna inanır. Bundan sonra Epşteyn Uilyamsla ayrılıb.

"Öz yolumuza getdiyimiz zaman mən utanc və ikrah hiss etdim. Mənə elə gəldi ki, onun əllərini yenidən hər yerdə hiss edirəm. Və məndə dəhşətli bir hiss var idi ki, bu, hansısa şəkildə səhnələşdirilib. Özümü bir ət parçası kimi hiss etdim", deyə Uilyams "The Guardian"a bildirib.

Uilyams bu iddiaları ilk dəfə "Survivors for Kamala" konfransında səsləndirib. Cinsi və gender əsaslı zorakılığa qarşı mübarizə aparan bu təşkilat Kamala Harrisin seçilməsi üçün kampaniyada iştirak edir. Trampın komandası bu ittihamları rədd edərək, onları uydurma adlandırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->