Xəbər lenti

“Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb (FOTO/YENİLƏNİB)
Ölkə07:06 26.02.2019

“Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21 dəqiqədə söndürülüb.
***09.28 
Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində yanğın başlayıb.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, yanğın bazarın "Təsərrüfat bazarı" hissəsindəki anbarda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.